AZ

Tramp Venesuelanın da prezidenti olacaq? - AÇIQLAMA

"ABŞ Prezidenti Donald Trampın Venesuelada prezidentliyə namizədliyini irəli sürməsi hüquqi və siyasi baxımdan mümkün deyil. ABŞ və Venesuela konstitusiyaları belə bir addımı istisna edir, bu daha çox qeyri-ciddi, ironik və diqqətçəkici bəyanat kimi qiymətləndirilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Aydın Tağıyev bildirdi.

Aydın

Onun sözlərinə görə Trampın prezidentliyə namizəd olmaq üçün Venesuela vətəndaşlığı tələb olunur:

"Donald Trampın isə belə bir statusu yoxdur. Burada bir simvolik mesaj var. Tramp tez-tez qeyri-adi ifadələrlə gündəmə gəlir. Bu bəyanat da Venesuelada ABŞ-nin təsirini gücləndirmək və öz gücünü nümayiş etdirmək məqsədi daşıyır. ABŞ-nin Venesuelada müvəqqəti idarəçilik planlarını elan etməsi fonunda Trampın “namizədlik” ifadəsi əslində, ABŞ-nin bölgədəki dominant mövqeyini vurğulamaq üçün bir metafor ola bilər".

Müsahibimizin fikrincə, bu cür çıxışlar ironik, simvolik ABŞ-nin bölgədəki gücünü nümayiş etdirmək məqsədi daşıyır:

"Trampın Venesuelada prezidentliyə namizədliyini irəli sürmək bəyanatı reallıqda hüquqi və siyasi baxımdan mümkün deyil. Bu, daha çox ironik ritorika və siyasi şou xarakteri daşıyır. Əslində, ABŞ-nin Venesuelada müvəqqəti idarəçilik planları və Maduro rejiminin devrilməsi fonunda Trampın sözləri Amerikanın Qərb yarımkürəsində hegemonluğunu vurğulamaq məqsədinə xidmət edir".

Xədicə BAXIŞLI

Seçilən
45
redaktor.az

1Mənbələr