AZ

Bakıda avtobus sürücüsü taksiyə siqnal verdi; dava düşdü Polis işə qarışıb VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəyə “Bakubus” MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub.

Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Sözügedən görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
8
avtosfer.az

9Mənbələr