Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Macarıstan hökuməti hələ də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna münaqişəsinin sülh yolu ilə həlli məqsədilə keçiriləcək görüşü Budapeştdə qəbul etməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban ABŞ vitse-prezidenti Ceyms Devie Venslə Budapeştdə keçirilən görüşdən sonra bildirib.
Orban xatırladıb ki, bir vaxtlar Tramp Ukrayna mövzusunda Rusiya-Amerika sammitini Budapeştdə keçirməyi təklif etmişdi və bu yerin “Avropada bunun üçün yeganə uyğun məkan ola biləcəyini” söyləmişdi. Baş nazirin sözlərinə görə, daha sonra bu məsələni Rusiya və ABŞ liderləri ilə müzakirə edib və “texniki baxımdan Macarıstan sülh görüşünü qəbul etməyə hazırdır”.
“Əgər ABŞ və Rusiya sülh sammitinə ehtiyac olduğunu qərara alarsa, Budapeşt sevinclə bu görüşün keçirilməsi üçün öz məkanını təqdim edəcək. Biz buna hazırıq”, – deyə hökumət başçısı əlavə edib.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.