Bakı. Trend:
Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normalarıməlum olub.
Trend-inməlumatına görə, yeni normalarda ictimai nəqliyyat vasitələrinədair tələblər də yer alıb.
Belə ki, yeni layihələndirilən vağzallar ictimai nəqliyyatlatəmin olunmuş, nəqliyyat magistrallarının bilavasitə yaxınlığındayerləşən və ya əvvəlcədən mövcud nəqliyyat-qovşaq məntəqələri olanərazidə yerləşdirilməlidir.
Layihə tapşırığına əsasən vağzalətrafı meydanda əlavə olaraqsərnişinlərin minib-düşməsi üçün ictimai nəqliyyat vasitəsinindayanacaq məntəqələri zonası və ictimai nəqliyyatın dayanacağıtəmin edilməlidir.
İctimai nəqliyyat kassaları, məlumat və turizm ofislərinəqliyyat mübadilə mərkəzinin əsas piyada marşrutundayerləşdirilməlidir. Ticarət və xidmət obyektləri yerləşdirilərkənyüklərin verilməsi üçün pəncərələrin qarşısında eni 0,8-1,0 m olanəlavə bufer zonası nəzərdə tutulmalıdır.
İctimai nəqliyyat sərnişinlərinin gözləməsi üçün duracaqdasərnişin axınının pik anında bir sərnişinə düşən hesablama sahəsi0,5 kvadratmetr nəzərdə tutulmalıdır.
Vağzalətrafı meydanlarda yerləşən yollarda xüsusi xidmətavtomobilləri üçün ayrılmış zolaqlar və ya keçidlər nəzərdətutulmalıdır. Sərnişinlərin minib-düşməsi üçün ictimai nəqliyyatvasitələrinin həmin zolaqlardan istifadəsi imkanlarıyaradılmalıdır.
Nəqliyyatın təhlükəsizliyi zonasında bir neçə nəzarət-yoxlamazonası quraşdırılarkən piyada keçidlərinin, ictimai nəqliyyatın,şəxsi nəqliyyat vasitələrinin dayanacaq və duracaq yerləri nəzərəalınmaqla sərnişin axını hər bir keçid məntəqəsi üçün ayrıcahesablanmalıdır.
Hər bir keçid məntəqəsinin buraxılış qabiliyyəti vağzalkompleksinin inkişafının beşillik perspektivində sərnişin axınınınartımı nəzərə alınmaqla hesablanmalıdır.