ABŞ-nin Çiçester Universitetinin araşdırmasına görə, soyuq suda cəmi beş dəqiqə qalmaq uzun müddət üzmək qədər əhval-ruhiyyəni qaldıra bilər.
“MedicalXpress” portalı xəbər verir ki, tədqiqatda 121 tələbə iştirak edib. Onlar müsbət 13,6 dərəcə temperaturda dəniz suyunda 5, 10 və 20 dəqiqə qalıblar. Nəticələr göstərib ki, həmin müddətlərdə əhval-ruhiyyə yaxşılaşıb, xüsusilə də beş dəqiqəlik suda qalmaq daha effektiv nəticə verib.
Alimlər bildiriblər ki, sağlam və suda özünəinamlı insanlar üçün soyuq suda olmaq təhlükəsizdir, amma mövcud sağlamlıq problemləri olanlar ehtiyatlı olmalıdır.
Tədqiqatın nəticələri “Lifestyle Medicine” jurnalında dərc olunub.
Təhminə VERDİYEVA,
“Azərbaycan”