AZ

Avropanın enerji təhlükəsizliyi Gürcüstan Azərbaycan əməkdaşlığı vasitəsilə təmin olunur

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın xarici siyasət kursunda qonşu dövlətlərlə münasibətlərin gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Bu çərçivədə Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək siyasi, iqtisadi və humanitar sahələrdə dinamik inkişafı ilə seçilir. Tarixi dostluq və qarşılıqlı etimada əsaslanan bu münasibətlər son illərdə daha da möhkəmlənib. Dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və intensiv dialoq ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verir. Prezident İlham Əliyevin Gürcüstana son səfəri də bu əlaqələrin yüksək səviyyəsinin növbəti təsdiqi kimi qiymətləndirilir.

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, Gürcüstan-Azərbaycan münasibətləri nəqliyyat dəhlizlərinin sürətli və operativ inkişafını təmin edir:

Gürcüstan-Azərbaycan əlaqələri son 30 ildə geniş Avropa və Avrasiya məkanında ən strateji, möhkəm və dayanıqlı nəqliyyat dəhlizlərinin formalaşmasına gətirib çıxarıb. Həm şimal, həm də cənub istiqamətlərində nəqliyyat dəhlizləri müəyyən risk və təhdidlərlə üzləşir. Lakin Gürcüstan-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslanması bu nəqliyyat dəhlizinin sürətli və operativ inkişafını təmin edir.

Həm dəmir yolu, həm avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar, eləcə də son illərdə hava nəqliyyatı Avrasiya məkanında ən etibarlı tranzit marşrutlardan birinə çevrilib”.

Deputat vurğulayıb ki, iki ölkə arasında yeni layihələr nəzərdə tutulur:

"İki ölkə arasında yeni layihələr nəzərdə tutulur, investisiyalar artır. Avropanın enerji təhlükəsizliyi böyük ölçüdə Gürcüstan-Azərbaycan əməkdaşlığı vasitəsilə təmin olunur. Bu isə yeni imkanlar və gələcək perspektivlər açmaqla yanaşı, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlıq şəraitində inkişafa da təkan verəcək”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
azxeber.com

1Mənbələr