AZ

14 yaşlı yeniyetməni milli qəhrəmana çevirən oğurluq FOTO/VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bosniya və Herseqovina futbol millisinin 2026 Dünya Çempionatına vəsiqə qazanması maraqlı və qalmaqallı bir hadisə ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, İtaliya ilə keçirilən həlledici penalti seriyası öncəsi 14 yaşlı bolboy (topdaşıyan) rəqib qapıçı Cannluici Donnarummanın qeydlərini oğurlayıb.

Ölkədə qəhrəman elan edilən 14 yaşlı Affan Çizmiç hadisədən sonra yerli “FACE TV” telekanalına dəvət olunub. O, italiyalı qolkiperin penaltilər zamanı oyunçuların zərbə istiqamətlərini qeyd etdiyi həmin kağız parçasını canlı efirə gətirərək baş verənlərin təfərrüatını bölüşüb.

Yeniyetmənin sözlərinə görə, italiyalı qapıçı itkini hiss edəndə qəzəbindən özünə yer tapmayıb:

“Donnarumma kağızın yoxa çıxdığını biləndə çox hirsləndi. O, mühafizəçilərə və polislərə tərəf müxtəlif əşyalar atırdı. Sonra mən evə qayıtdım və atamla birlikdə qərara gəldik ki, həmin kağızı hərraca çıxaraq. Əldə olunan vəsaiti isə xeyriyyə məqsədilə bağışlayacağıq”.

Müsahibədən sonra telekanal rəhbərliyi Affan Çizmiçə böyük bir jest edərək, onu öz hesablarına dünya çempionatına aparacaqlarını vəd edib. Beləliklə, bolboy Donnarummadan sadəcə qeydlərini deyil, həm də mundiala gediş biletini “oğurlamış” olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr