Saleh Məmmədovun və yaxın ətrafının taleyinin bu yoxlamanın nəticəsindən asılı olacaq…
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) maliyyə yoxlamaları həyata aparır.
AzFakt.com-un əldə etdiyi məlumata görə aparılan yoxlamalarda ciddi maliyyə yeyintiləri aşkarlanıb. Yoxlamanın davam etdiyi bildirilir.
Qeyd edək ki, ötən həftə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov vəzifəsindən azad olunaraq, yerinə Vüsal Nəsirli təyin olunub.
Xatırladaq ki, Saleh Məmmədov öz sərvəti ilə ölkınin əsas məmur oliqarxlarından biri hesab olunurdu. Onun bu sərvəti məhz korrupsiya yoku ilə əldə etməsi isə şübhə doğurmur. Eyni zamanda Saleh Məmmədovun yaxın ətrafı da qalmaqallı xərcləmələrlə medianın gündəminə gəlib.