AZ

Şok qərar: İran hər gəmidən bu qədər rüsum istəyir - ABŞ-a ŞƏRT QOYULDU

İran dünya ticarətinin əsas arteriyalarından biri sayılan Hörmüz boğazından keçid qaydalarını kökündən dəyişməyə hazırlaşır. Tehran boğazdan keçən gəmilərdən onların növünə və daşıdığı yükə görə xüsusi rüsum toplamağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İran parlamentinin komitə rəhbəri Məhəmməd Rza Rezai Kuçi artıq bununla bağlı qanun layihəsinin hazırlandığını anons edib. Yeni qaydalara əsasən, təhlükəsiz keçid üçün ödəniləcək məbləğ gəminin texniki göstəriciləri və yükün xarakterindən asılı olacaq.

"Bloomberg"in məlumatına görə, tək bir tanker üçün keçid haqqı 2 milyon dollara qədər yüksələ bilər. Bu güzəştdən yalnız rəsmi Tehranın "dost" hesab etdiyi ölkələrin gəmiləri yararlanacaq.

İran bu addımı ABŞ ilə mümkün saziş üçün əsas şərtlərdən biri kimi irəli sürür. Tehranın tələbləri bunlardır: Hücumların dərhal dayandırılması, bir daha hücum olmayacağına dair zəmanət və dəymiş ziyanın kompensasiyası.

Seçilən
43
publika.az

1Mənbələr