AZ

ABŞ İran ərazisində pilotunu xilas etmək üçün 100 BOMBA ATDI

ABŞ İran ərazisində pilotun xilas edilməsi üçün 100 bomba atıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

ABŞ hərbi qüvvələri İranda vurulmuş F-15 qırıcısının ekipaj üzvünün xilas edilməsi üçün genişmiqyaslı əməliyyat həyata keçirib.

“Fox News”un məlumatına görə, əməliyyatın təhlükəsizliyini təmin etmək üçün dörd ədəd B-1 bombardmançı təyyarəsi hədəf zonasına hər biri 900 kiloqramlıq olmaqla təxminən 100 bomba atıb.

Bundan əlavə, bölgədə İran qüvvələrini nəzarətdə saxlamaq üçün “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

“New York Times”ın məlumatına görə, 48 saata yaxın davam edən xilasetmə missiyasında yüzlərlə hərbi qulluqçu, onlarla təyyarə və helikopter, həmçinin kəşfiyyat və kibertexnologiyalar cəlb olunub.

Katapult etdikdən sonra dağlarda gizlənən zabit bir neçə saat sonra əlaqəyə çıxaraq təxminən 10-12 kilometr piyada yol qət etdikdən sonra koordinatlarını ötürüb.

Əməliyyatı ABŞ-nin elit “SEAL Team Six” bölməsi aparıb. Əməliyyat zamanı ABŞ qüvvələri palçıqda batan təyyarə və helikopterləri İran hərbçilərinin əlinə keçməməsi üçün məhv etməli olublar.

Sonda xilas edilən zabit və xüsusi təyinatlılar qrupuna qarşı açılan atəş altında əlavə nəqliyyat təyyarələrinin köməyi ilə Küveytə təxliyə ediliblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr