AZ

Tovuzda 3000 abonentin qazı olmayacaq

Tovuz şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Unikal"a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsi tərəfindən Tovuz rayonu Tovuz AQPS-dən qidalanan orta təzyiqli, diametri 108 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması, yeni abonentlərin şəbəkəyə qoşulması, eləcə də cari təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 08.04.2026-cı il tarixində saat 09:30-dan etibarən qaz verilişi müvəqqəti dayandırılacaq.

Məlumata görə, işlər başa çatanadək şəhərin bir hissəsində, ümumilikdə 3000 abonentin qaz təminatında fasilə yaranacaq.

Seçilən
5
6
unikal.az

9Mənbələr