Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
Amerikalı reper Offset Florida ştatında silahlı hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, 34 yaşlı sənətçi, kazino qarşısında baş verən insident zamanı yaralanaraq dərhal xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.
Qeyd edilib ki, hazırda reperin xəstəxanada müalicəsi davam edir, vəziyyəti isə stabildir.
Hadisə ilə bağlı iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onların kimliyi hələlik açıqlanmayıb və araşdırmalar davam etdirilir.
Xatırladaq ki, əsl adı Kiari Kendrell Cephus olan repçi "Red Room" və "Ric Flair Drip" kimi hit mahnıları ilə tanınıb.
Qalereya
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.