Rusiyada “MAX” messencerində qaraçıları təhqir edən şəxs cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Stavropol diyarının sakini evində spirtli içki qəbul edərkən MAX messencerində fəaliyyət göstərən “Qaraçı Mədəniyyət Mərkəzi” qrupuna daxil olaraq xoşagəlməz addım atıb. O, qrupdakı şəxslərə qarşı qəzəbli və təhqiramiz ifadələr yazmağa başlayıb.
Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxsin məqsədi qaraçı millətindən olan şəxslərə qarşı nifrət və düşmənçilik toxumu səpmək, həmçinin onların ləyaqətini alçaltmaq olub.
Məhkəmənin qərarı ilə kişi təqsirli bilinib və ona 10 min rubl (təxminən 216 manat) məbləğində cərimə cəzası kəsilib.
Xuraman Etibarlı
İnterpress.az