Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyanın “News Media” şirkətinin baş direktoru və Kremlin təbliğatının fəallarından olan erməni iş adamı Aram Qabrelyanov Nikol Paşinyan seçkilərdə qalib gələrsə, Ermənistan-Rusiya münasibətlərinin pozulması ilə bağlı “dəhşətli proqnoz”unu paylaşıb.
“AzPolitika” xəbər verir ki, Ermənistandakı ruspərəst media Qabrelyanovun paylaşımına geniş yer verib.
Vaxtilə Qarabağdakı separatçı-terrorçu rejimi dəstəkləyən və Rusiya xüsusi xidmət orqanları ilə işlədiyi heç bir şübhə doğurmayan Qabrelyanov yazıb: "Kremldəki mənbələrdən eksklüziv məlumat aldım. Qərar qəbul edilib. Paşinyan seçkilərdə qalib gələrsə, Ermənistana qaz bazar qiymətləri ilə veriləcək, Ermənistanla viza rejimi tətbiq olunacaq, Ermənistanla hava əlaqəsi dayandırılacaq, Ermənistanla əlaqəli bütün iş adamları Rusiyada biznes fəaliyyətini dayandıracaq, mövsümi işçilərin Rusiyada işləməsi qadağan ediləcək və Ermənistana pul göndərilməsi qadağan ediləcək… Sonra deməyin ki, mən sizi seçkilərdən iki ay əvvəl xəbərdar etməmişəm".
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.