AZ

Qız qaçıran oğlanın atası: Bizdə qız qaçırmaq adəti var

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz rayonunda qaçırılan qızın nənəsi danışıb.

Globalinfo.az bildirir ki, Elminaz Cəfərova Teleqraf-ın Qərb bürosuna bildirib ki, nəvəsi hadisə zamanı razılıq verməyib.

“Yeni tanımışdılar bir-birlərini. Qız razılıq verməyib, oğlan zorla qaçırıb. Qızın valideyinləri də razı deyildi. Qız bizə qonaq gəlib-gedirdi.”

Oğlanın atası Cəlal Məmmədov isə bildirib ki, hər ikisi bir-birilərini seviblər: “Birlikdə şəkilləri var. Qızı tort almaq adı ilə aparıb. Bizdə qız qaçırmaq adəti var”.

Məlumat üçün bildirək ki, hadisə ilə bağlı şübhəli bilinən rayon sakinləri — 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr