AZ

Premyer Liqa: "Turan Tovuz" “İmişli” ilə heç-heçə edib

Bakı, 7 aprel, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, son oyun günündə "İmişli" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. Bu nəticədən sonra Tovuz klubu 49 xalla turnir cədvəlində 3-cü, İmişli təmsilçisi isə 23 xalla 9-cu pillədə yer alıb.

Bu gün, həmçinin "Zirə" "Şamaxı"nı, "Araz-Naxçıvan" isə "Sabah"ı qəbul edəcək. Matçlar müvafiq olaraq, saat 17:15 və 19:30-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1, "Qarabağ" isə "Karvan-Yevlax" 7:0 hesabı ilə qalib gəlib.

Seçilən
20
1
azertag.az

2Mənbələr