AZ

"Fitch Ratings" Azərbaycanda İslam bakçılığının inkişafının əsas şərtlərini açıqlayıb

Bakı. Trend:

Şəffaf tənzimləyici baza, yerli kadrların inkişafı vəictimaiyyətin məlumatlılığının artırılması Azərbaycanda islambankçılığı üzrə dayanıqlı ekosistemin qurulması üçün mühümşərtlərdir.

Bunu “Fitch Ratings” agentliyində Yaxın Şərq banklarınınreytinqləri və islam bankçılığı istiqamətinin rəhbəri RedmondRamsdeyl İslam maliyyəsi üzrə simpozium zamanı Trend-in sualınıcavablandırarkən bildirib.

“Burada söhbət rasional tənzimləyici bazadan gedir. Bu, hərhansı bir sistemin qurulması üçün əsas fundamentdir. Yerlikadrların inkişafı vacibdir, lakin bütün bunlar güclü tənzimləməsistemi ilə müşayiət olunmalıdır. Likvidliyin idarə olunması kimialətlər də artımın dəstəklənməsi baxımından mühüm əhəmiyyətdaşıyır. Bundan əlavə, ictimaiyyətin məlumatlılığını artırmaqlazımdır, çünki inkişaf üçün bu sahənin dəstəyə ehtiyacı var”, –deyə Ramsdeyl vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda 2026-cı ildə islam bankçılığıməhsullarının istifadəyə verilməsi planlaşdırılır. Mərkəzi Banktərəfindən müəyyən edilmiş xüsusi tənzimləmə rejimi çərçivəsindəilk məhsulların bazara çıxarılması prosesi artıq başlayıb, eynizamanda normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətindəişlər davam etdirilir.

Hazırda İslam İnkişaf Bankının dəstəyi ilə Mərkəzi Bank sukuk —islam maliyyə aləti üçün hüquqi bazanın yaradılması üzrə texnikiyardım layihəsini həyata keçirir.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı islam maliyyəsinininkişafı sahəsində beynəlxalq əməkdaşlığı prioritet istiqamət kimimüəyyən edib.

İslam maliyyəsinin tətbiqi və inkişafı üçün tənzimləyici vəinstitusional bazanın formalaşdırılması ilə yanaşı, bu sahədəzəruri bilik və səlahiyyətlərə malik ixtisaslı kadr potensialınınyaradılması da əsas prioritetlərdən biri hesab olunur. Bu baxımdanAzərbaycan Türkiyə, Pakistan və Malayziya kimi ölkələrin qabaqcıltəcrübəsini öyrənir.

Eyni zamanda, İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsindəölkə mütəmadi olaraq təcrübə və bilik mübadiləsi və kadr hazırlığıproqramlarında iştirak edir və bu təşəbbüsləri növbəti mərhələlərdədə davam etdirməyi planlaşdırır

Məqalədə:
Seçilən
19
1
az.trend.az

2Mənbələr