AZ

Tovuzda 3000 abonentin qazı olmayacaq

Bakı.Trend:

Tovuz şəhərinin bir hissəsinin qaz təchizatında fasiləyaranacaq.

Bu barədə Trend-ə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsi tərəfindənTovuz rayonu Tovuz AQPS-dən qidalanan orta təzyiqli, diametri 108mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması,yeni abonentlərin şəbəkəyə qoşulması, eləcə də cari təmir-bərpaişlərinin aparılması ilə əlaqədar 08.04.2026-cı il tarixində saat09:30-dan etibarən qaz verilişi müvəqqəti dayandırılacaq.

Məlumata görə, işlər başa çatanadək şəhərin bir hissəsində,ümumilikdə 3000 abonentin qaz təminatında fasilə yaranacaq.

Məqalədə:
Seçilən
12
2
az.trend.az

9Mənbələr