AZ

Rusiya İrana kəşfiyyat dəstəyi verib? İDDİA

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya İrana kəşfiyyat məlumatları ilə dəstək vermiş ola bilər.

Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyinin tanış olduğu Ukrayna kəşfiyyatının məxfi hesabatında bildirilir.

Sənədə əsasən, Rusiya peykləri Yaxın Şərqdə hərbi obyektlər və kritik infrastrukturla bağlı onlarla detallı çəkiliş aparıb. Bu məlumatların İran tərəfindən ABŞ qüvvələri və digər hədəflərə zərbələr endirmək üçün istifadə edildiyi iddia olunur.

Hesabatda qeyd edilir ki, mart ayında Rusiya peykləri regionun 11 ölkəsində ən azı 24 müşahidə seriyası həyata keçirib. Ümumilikdə 46 obyekt qeydə alınıb. Bunlar arasında hərbi bazalar, hava limanları, neft yataqları, eləcə də ABŞ və müttəfiqlərinə aid obyektlər yer alır.

Sənəddə diqqətçəkən məqam kimi vurğulanır ki, bu müşahidələrdən bir neçə gün sonra həmin hədəflərə İran tərəfindən raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

Bundan əlavə, hesabatda Rusiya və İran hakerlərinin kiber məkanda da əməkdaşlıq etdiyi irəli sürülür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
modern.az

1Mənbələr