AZ

Türkiyənin Baş prokuroru: Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığı daha da inkişaf etdirəcəyik

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan ilə əlaqələrimizi gündən-günə inkişaf etdiririk. Aramızdakı qardaşlıq bağı münasibətlərimizin daha sürətli inkişafına böyük töhfə verir.

Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk bildirib.

O, həmçinin deyib: "Bütün sahələrdə olduğu kimi, Azərbaycan ilə hüquqi sahədə də əməkdaşlığı daha da inkişaf etdirəcəyik və bunu təkmilləşdirməliyik. Çünki hüquqi əməkdaşlıqdan danışanda bir çox məsələlər ortaya çıxır. Hüquq həm də ədalətə aparan yoldur. Ədaləti bərqərar etdikdə ölkələrimiz daha dinc olur. Hər şey ədalətin hökm sürdüyü yerə gəlir. Ədalət maqnit kimidir. O, kapitalı və insanları cəlb edir, birləşdirir. Buna görə də Azərbaycan ilə hüquq sahəsindəki münasibətlərimiz çox vacibdir və yaxşı da inkişaf edir. Bu gün Prezident İlham Əliyev bizi qəbul etdi. Bu, bizim üçün böyük şərəfdir. Buna görə də dövlət başçısına minnətdarlığımı bildirmək istəyirəm. Biz onu dinlədik və son dərəcə vacib məqamlardan faydalandıq. Həmçinin bizi Azərbaycana dəvət etdiyi üçün Baş prokuror Kamran Əliyevə təşəkkür edirəm. Əminəm ki, münasibətlərimiz gündən-günə daha da inkişaf edəcək".

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Ceyhun Mustafayev
Seçilən
6
4
azertag.az

5Mənbələr