AZ

İki eyni epizod, fərqli şərh Rəhim Həsənov nə etmək istəyir?

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Turan Tovuz” – “Zirə” (0:2) qarşılaşmasında baş hakim Əliyar Ağayevin tovuzluların iki penaltisini verməməsi AFFA tərəfindən təsdiqləndi.

“Qafqazinfo” xəbər verir ki, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov həmin epizodların ikisində 11 metrlik cərimə zərbəsi təyin edilməli olduğunu bildirdi. 

Lakin bu epizodlardan biri ilə bağlı maraqlı fakt ortaya çıxıb. Belə ki, “Turan Tovuz” - “Zirə” matçındakı ilk penalti təyin edilməyən epizodun eynisi Premyer Liqanın 16-cı turunda “Karvan-Yevlax” - “Neftçi” (1:2) matçında da yaşanıb. 

Belə ki, həmin görüşün də baş hakimi Əliyar Ağayev olub. O, matçın 45+5-ci dəqiqəsində yaşanan epizodda “Neftçi”nin futbolçusu İqor Ribeyronun kobudluğuna görə bakılıların qapısına penalti təyin edib. 

Lakin Hakimlər Komitəsinin sədri Rəhim Həsənov həmin epizodda penalti olmadığına dair şərh verib. 

Xəbəri rus dilində oxuyun: Парадокс Рагима Гасанова: правила одни, трактовки разные - ВИДЕО 

Maraqlıdır ki, ötən həftə yaşanan epizodda isə HK sədri fərqli fikirlər deyib. Onun iki eyni epizoda fərqli şərh verməsi müzakirə olunmalı məsələdir. Bu səbəbdən də hər iki epizodu təqdim edirik:

- Əliyar Ağayev penalti təyin edir. HK sədri Rəhim Həsənov penalti olmadığını bildirir. 

- Əliyar Ağayev penalti təyin etmir. HK sədri Rəhim Həsənov penalti olduğunu bildirir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
qafqazinfo.az

1Mənbələr