
Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin nizamlanması üzrə ABŞ və İran arasındakı danışıqlarda vasitəçi olmasa da, buna hazırdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının Cenevrə bölməsinin informasiya xidmətinin rəhbəri Alessandra Velluççi bildirib.
"Mənə məlum olduğu qədər, onlar (BMT nümayəndələri – red.) hələlik bu səylərdə iştirak etmirlər. Lakin Baş katib Antonio Quterrişin dediyi kimi, biz sülhə nail olmaq üçün istənilən səyləri dəstəkləməyə hazırıq", — deyə o, Cenevrədə keçirilən brifinqdə jurnalistin müvafiq sorğusuna cavab olaraq izah edib.