AZ

Prospektdə qayda pozan sürücü görün özünü necə müdafiə etdi VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 3-də saat 14:49 radələrində baş verib. Kadrlardan görünür ki, 77-PF-357 dövlət qeydiyyat nişanlı “KIA” markalı avtomobil sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa manevr edib və qarşıdan gələn avtomobil üçün qəza şəraiti yaradıb.

Müşahidələr göstərir ki, sürücü manevr edərkən öncədən düzgün zolaqda yerləşə bilərdi, lakin bunu etməyərək təhlükəli vəziyyət yaradıb. Hadisədən sonra qarşı tərəf iradını bildirib, sürücü isə dönmə işığını yandırdığını və daha sonra zolağını dəyişdiyini bildirib. Bununla belə, qarşı tərəf sürücünün cavabından narazılığını ifadə edib.

Qanunvericiliyə əsasən, hərəkət istiqamətini dəyişərkən digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etməmək yol hərəkəti qaydalarının pozulmasıdır və belə hallarda inzibati məsuliyyət tətbiq edilir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr