AZ

Kaliforniyada sınaq zamanı PUA qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələri üşün hazırlanmış General Atomics Aeronautical Systems (GA-ASI) şirkətinin Dark Merlin prototipi olan pilotsuz aparat texniki nasazlıq səbəbindən uçuşdan sonra qəzaya uğrayıb.

Herbiand.az bildirir ki, YFQ-42A təyinatlı pilotsuz aparat Kaliforniyadakı sınaq poliqonunda qəzaya uğrayıb.

Bu qəza şirkətin uçuş sınaqlarını müvəqqəti olaraq dayandırmasına səbəb olub.  Qəzaya uğrayan pilotsuz aparat YFQ-42A nümunələrindən biri olub.

Qəzanın əsas səbəbini müəyyən etmək üçün hadisə ilə bağlı araşdırma davam edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr