ABŞ Hərbi Hava Qüvvələri üşün hazırlanmış General Atomics Aeronautical Systems (GA-ASI) şirkətinin Dark Merlin prototipi olan pilotsuz aparat texniki nasazlıq səbəbindən uçuşdan sonra qəzaya uğrayıb.
Herbiand.az bildirir ki, YFQ-42A təyinatlı pilotsuz aparat Kaliforniyadakı sınaq poliqonunda qəzaya uğrayıb.
Bu qəza şirkətin uçuş sınaqlarını müvəqqəti olaraq dayandırmasına səbəb olub. Qəzaya uğrayan pilotsuz aparat YFQ-42A nümunələrindən biri olub.
Qəzanın əsas səbəbini müəyyən etmək üçün hadisə ilə bağlı araşdırma davam edir.
Bəxtiyar CƏFƏRLİ