Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bəzən sosial şəbəkədə polisin vətəndaşı saxladığı zaman onun telefonuna baxıb-baxmaması müzakirə olunur.
Maraqlıdır, qanun bu barədə nə deyir?
Polisin belə bir səlahiyyəti varmı?
Gununsesi.info-ya bu barədə hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, telefon şəxsi məlumat daşıyıcısıdır və onun yoxlanılması üçün əsaslı şübhə və prosessual qərar tələb olunur. Əgər belə olarsa, əlbəttə, tamamilə qanunidir. Yox, deyilsə, o zaman sadəcə “göstər” tələbi qanuni əsas yaratmır.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.