AZ

Yer kürəsinin əhalisi planetin tutumunu aşmağa başlayıb - Araşdırma

Qlobal əhali planetin tutumunu aşmağa başlayıb.

"Yeni Sabah" Environmental Research Letters-ə (ENL) istinadla xəbər verir ki, bunu araşdırmaların nəticələri deyir.

Tədqiqatın müəllifləri demoqrafik tendensiyalara və enerji, su, minerallar və digər resurslara olan mövcud tələbata əsaslanaraq insan davamlılığı ilə bağlı proqnozları açılayıblar.

Alimlər qeyd ediblər ki, əhalinin sayı XXI əsrin ikinci yarısında 11-12 milyarda çata bilər və 2,5 milyard insan qlobal istiləşmə və ekosistemlərin fəlakətli deqradasiyası təhlükəsini azaltmaq üçün optimal səviyyədir.

Onların fikrincə, 20-ci əsrin ortaları tarixdə dönüş nöqtəsi olub. Müharibədən sonrakı dövr əhalinin kəskin artması və planetin resurslarının istehlakını sürətləndirmək üçün yeni yolların ixtirası ilə birləşib və bu, Yer kürəsinin flora və faunasına həddindən artıq təzyiq göstərib.


Telegram kanalımız
Seçilən
14
1
yenisabah.az

2Mənbələr