AZ

Qida eksperti Fərid Səfərov: “Axşam saatlarında insulin həssaslığı azalır, qlükoza daha çətin idarə olunur”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Türk aktivist Hande Kızılörs Esmer bildirib ki, axşam 5-dən sonra yediyiniz bir loxma 100 loxmaya bərabərdir. Bu iddia yaşlanmayı yavaşlatmaq üçün milyonlarla dollar xərcləyən amerikalı biyohacker (Öz bədənini analiz edib nəzarəti ələ almaq, zamanla sağlamlığını yaxşılaşdırmaq və yaşlanma prosesini ləngitmək-G.H) Bryan Johnson aiddir. 47 yaşındakı texnologiya sahibkarı biyoloji yaşını geri çevirməyi hədəflədiyi Project Blueprint adlı programı ilə tanınır. Johnsonun ən qatı qaydalarınmda biri olduqca dəqiq və aydındır- axşam 5- dən sonra “sıfır kalori”. Hətta kiçik bir yüngül qida belə qadağandır. Johnsona görə gecə saatlarında alınan tək bir loxma belə iştahı qabardıb zəncirləmə şəklində daha çox yeməyə yol aça bilir. Buna görə yatmazdan ən az 4 saat öncə yemək yeməyi tamamən buraxır. Araşdırmalar yatmadan öncə 2-3 saat öncə yemek yemenin kan şəkərinin dəyişməsinə, həzm problemlərinə və yuxu keyfiyyətinin azalmasına səbəb ola biləcəyini göstərir.Bu adamın qida ilə bağlı qadağaları barədə nə deyə bilərsiniz? Bu, ümumi sağlamlıq və yaşlanma üçün real təsir göstərə bilərmi?Axşam yeməyini tam buraxmaq kimlər üçün tövsiyə olunur və kimlər üçün riskli ola bilər?

Qida eksperti Fərid Səfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ifadə metaforadır “Axşam 5-dən sonra bir loxma 100 loxmaya bərabərdir” - bu nə qədər doğrudur? Bu ifadə elmi fakt deyil, metaforadır. Yəni məqsəd insanları gecə yeməyindən çəkindirməkdir. Reallıq belədir. Bədən üçün əsas faktor günün ümumi kalori balansıdır. Amma yemək saatı da müəyyən qədər rol oynayır (xüsusilə metabolizma və insulin həssaslığı baxımından). Axşam saatlarında insulin həssaslığı azalır, qlükoza daha çətin idarə olunur, gec yemək yuxunu poza bilər. Amma bu, “bir loxma = 100 loxma” demək deyil.

Bryan Johnson yanaşması: nə qədər realdır?

Onun “axşam 5-dən sonra sıfır kalori” qaydası əslində erkən zaman məhdudiyyətli qidalanma modelidir. Elmi baxımdan bəzi müsbət tərəfləri var:

- insulin həssaslığını yaxşılaşdıra bilə.

- gecə həzm yükünü azaldır.

- yuxu keyfiyyətini artıra bilər.

- bəzi hallarda çəki nəzarətinə kömək edir.

Amma bu model hamı üçün uyğun deyil.

Axşam yeməyini tam buraxmaq kimlər üçün uyğundur?

Artıq çəkisi olan və gecə çox yeyən insanlar, insulin rezistentliyi və ya prediabeti olanlar, gecə qəlyanaltı vərdişi olanlar, erkən yatıb erkən oyananlar üçün uyğun ola bilər.

Axşam yeməyini tam buraxmaq kimlər üçün risklidir?

Diabet xəstələri, hamilə və süd verən qadınlar, aktiv idmançılar, gün ərzində az yeyən və axşam əsas yeməyi edənlər, qastrit, reflüks kimi həzm problemi olanlar üçün risklidir.

Sağlamlıq üçün ən balanslı yanaşma nədir?

Yatmazdan 2–3 saat əvvəl yeməyi bitirmək, axşam yeməyini yüngül və balanslı etmək, gecə şəkərli və ağır qidalardan uzaq durmaq, sabit qidalanma saatı formalaşdırmaq.

“Nə vaxt yediyin qədər, nə qədər və nə yediyin də vacibdir”.

Sağlam qidalanaraq sağlam yaşayın!

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
bizimyol.info

1Mənbələr