AZ

2025-ci ildə yerli büdcələrə vergilərdən daxilolmalar 27 faizədək artıb

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyəbüdcələrinin icrası barədə məlumatına əsasən, ölkə üzrəbələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən3,3 milyon manata (5,2 %) yaxınartaraq 65,6 milyon manatı keçib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2025-ci il üzrə yerlibüdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə7,2 milyon manat (26,5 %) çoxolub.

Bildirilib ki, ümumi yerli büdcə gəlirlərinin 35,3%-ni təşkil edən Bakı bələdiyyələri üzrə gəlirlər əvvəlkiillə müqayisədə 16,4 % artaraq 23milyon manatı ötüb.

Xatırladılıb ki, ötən il bələdiyyələrə dövlət büdcəsindən7,5 milyon manata yaxın dotasiya və subvensiyaayrılıb.

Qeyd edilib ki, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşması- yerli büdcə gəlirlərində artım tendensiyası 2025-ci ildə də davamedib.

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinintəşkilinə kömək tədbirləri çərçivəsində Bələdiyyələrin MilliAssosiasiyalarının da iştirakı ilə yerli büdcənin əsas formalaşmamənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması vəödənilməsi sahəsində problemlərin aradan qaldırılması məqsədiləgörülən işlər bu müsbət dinamikanın qorunmasına təsirinigöstərməkdədir.

Seçilən
25
az.trend.az

1Mənbələr