AZ

“Bavariya”nın futbolçusu Türkiyə klubuna keçir

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Rafael Gerreyru karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu ilə İstanbulun “Beşiktaş” klubu maraqlanır. Komandanın baş məşqçisi Sərgən Yalçın onun transferini vacib hesab edir.

Qeyd edək ki, portuqaliyalı oyunçunun “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm 24 oyunda 4 qol və 3 assist edib.

Seçilən
29
idmanxeber.az

1Mənbələr