
Avropa Komissiyası bu həftə Avropa İttifaqında neft və qaz qıtlığının qarşısını almaq üçün tədbirləri müzakirə etmək məqsədilə koordinasiya qruplarının növbədənkənar iclaslarını keçirəcək.
AFN.az xarici mediaya istindən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa Itkonen məlumat verib.
"Avropa Komissiyası çərşənbə günü neft üzrə, cümə axşamı isə qaz üzrə koordinasiya qrupunun iclasını keçirəcək. Biz Aİ-də enerji resurslarının qıtlığına yol verməmək üçün tədbirləri müzakirə edəcəyik", — deyə o bildirib.
Anna-Kaysa Itkonen həmçinin qeyd edib ki, əsas mövzulardan biri Avropa hava limanlarında aviasiya kerosininin ehtiyat səviyyəsi barədə Aİ ölkələri ilə məlumat mübadiləsi olacaq. Belə ki, yanacaq çatışmazlığı artıq ayrı-ayrı ölkələrdə bir sıra uçuşların ləğvinə səbəb olub.