AZ

Azərbaycanın sədrliyi ilə daha bir beynəlxalq tədbir keçirildi (FOTO)

Bakı. Trend:

7 aprel tarixində Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıqvə Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibatibinasında Azərbaycan Republikasının Sədrliyi ilə AQEM YüksəkSəviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, komitənin iclasında Azərbaycan Respublikasının“Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlıinkişaf” mövzusunda AQEM-ə Sədrliyi çərçivəsində aktiv fəaliyyəti,müxtəlif əməkdaşlıq istiqamətləri üzrə atılan addımlar nəzərdənkeçirilib, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsasistiqamətləri müzakirə olunub.

Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyasıgündəliyində gedən inkişaflar, o cümlədən müvafiq Nizamnaməlayihəsi üzrə aparılan danışıqların gedişatı barədə məlumat təqdimedilib.

Tədbirdə AQEM-in hərbi-siyasi ölçüsü üzrə etimad tədbirlərininicrası istiqamətində illik qiymətləndirmə aparılıb. Üzv dövlətlərtərəfindən hərbi-siyasi sahədə əməkdaşlığın inkişafı və buistiqamətdə AQEM-in çoxtərəfli hərbi təhlükəsizlik platforması kimirolu nəzərdən keçirilib.

İclasda AQEM-in Beyin Mərkəzləri Forumu üzrə Fəaliyyət Planılayihəsi müzakirə edilib və AQEM-in müxtəlif ölçüləri üzrə etimadqurucu tədbirlərinin icrasına dair konsepsiya sənədləri nəzərdənkeçirilib, “Kiçik və Orta biznesin inkişafına dair” konsepsiyasənədi qəbul edilib.

Bundan əlavə, AQEM məkanında qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
0
5
az.trend.az

7Mənbələr