Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri İranın nefthabı sayılan Xarq adasına zərbələr endirib.
Trend xəbər verirki, bu barədə “Axios” adı açıqlanmayan ABŞ rəsmisinə istinadənməlumat yayıb.
Zərbələrdə adada yerləşən İrana məxsus bunkerlərin,radiolokasiya stansiyalarının, silah-sursat anbarlarının hədəfəalındığı bildirilir.
Xarq adası İranın neft ixracının 90 faizinə cavabdehdir vəölkənin ən əhəmiyyətli iqtisadi bölgələrindən hesab olunur.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.