AZ

Remzi karyerasını başa vurdu


Uelsli məşhur futbolçu Aaron Remzi karyerasını başa vurduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, 35 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O, uzun müddət düşündükdən sonra belə qərar verdiyini bildirib.
Qeyd edək ki, Aaron Remzi karyerası ərzində İngiltərənin “Arsenal”, “Nottingem Forest”, İtaliyanın “Yuventus”, Şotlandiyanın “Reyncers”, Fransanın “Nitsa”, Uelsin “Kardiff Siti” komandalarında çıxış edib.
Seçilən
7
1
yeniavaz.com

2Mənbələr