Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“News Media” şirkətinin baş direktoru Aram Qabrelyanov Nikol Paşinyan seçkilərdə qalib gələcəyi təqdirdə, Ermənistan-Rusiya münasibətlərinin pozulması ilə bağlı dəhşətli proqnozunu paylaşıb.
“Cebheinfo.az” xəbər verir ki, o, Kremldəki mənbələrdən eksklüziv məlumat alıb:
“Qərar qəbul edilib. Paşinyan seçkilərdə qalib gələrsə, Ermənistana qaz bazar qiymətləri ilə veriləcək, Ermənistanla viza rejimi tətbiq olunacaq, Ermənistana hava səyahəti dayandırılacaq, Ermənistanla əlaqəli bütün iş adamları Rusiyada biznes fəaliyyətini dayandıracaq, mövsümi işçilərin Rusiyada işləməsi qadağan ediləcək və Ermənistana pul göndərilməsi qadağan ediləcək”.
O deyib ki, Paşinyanın edə biləcəyi tək şey videoları sərbəst şəkildə çəkmək və sosial mediada yerləşdirməkdir:
“Paşinyan və Alen Simonyanın dediyi kimi, biz qalib gələcəyik! Mən demişdim ki, Paşinyan “Artsax”ı və Ermənistanı məhv etməyə gəlib.
Axmaqlar buna inanmadılar. Seçkidən sonra da deməyin ki, mən sizi seçkilərdən iki ay əvvəl xəbərdar etməmişəm",- Qabrelyanov öz “Facebook” səhifəsində yazıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.