AZ

"Günün gərgin tempinə belə başlayıram" - Baş nazir iş otağını göstərdi

İspaniya Baş naziri Pedro Sançes ofisindən üç vacib şəxsi əşyasını ictimaiyyətlə bölüşüb. 

"Unikal" xəbər verir ki, o, ən mənalı əşyanın Qəzzadan olan bir uşağın ona verdiyi şüşədəki şəkil olduğunu bildirib.  Sançes, həmçinin buxur və Don Kixot heykəlciyindən də bəhs edib. Onun sözlərinə görə, ofisə gələndə ilk növbədə buxur yandırır. İspaniya Baş naziri bildirib ki, bu vərdiş onun üçün bir növ zehni hazırlıq və diqqət cəmləmə ritualıdır və günün gərgin tempinə hazırlaşmağa kömək edir.

Baş nazirin ofisindəki digər diqqət çəkən detal Don Kixot fiqurlarının kolleksiyası olub. Sançes bildirib ki, İspan ədəbiyyatının ikonik personajlarından biri olan Don Kixota xüsusi marağı var və illərdir bu fiqurları toplayır.

Sançesin paylaşdığı şəkillər onun ofisinin sadə və təvazökar quruluşunu bir daha ortaya qoyub. 
 

Seçilən
15
2
unikal.az

3Mənbələr