İstanbulda İsrailKonsulluğunun ətrafındakı ofislər boşaldılır.
APA-nın hadisə yerindəki müxbiri xəbər verir ki, ofislərdə çalışan əməkdaşlar təxliyə olunur.
Hazırda ərazi çox sayda polis əməkdaşı tərəfindən nəzarətə götürülüb, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.
Qeyd edək ki, üç silahlı İstanbulda İsrail Konsulluğunun yaxınlığında Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.
İstanbul valisi Davud Gülün sözlərinə görə, iki polis əməkdaşı yüngül xəsarət alıb.
Vali Konsulluğun təxminən 2 il yarımdan çoxdur fəaliyyət göstərmədiyini və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığını vurğulayıb.
Davud Gül hücumu təşkil edən üç nəfərin hadisə yerinə avtomobildə gəldiklərini, avtomatlar və tapançalarla silahlandıqlarını qeyd edib.
O əlavə edib ki, silahlılardan biri öldürülüb, ikisi isə yaralı ələ keçirilib.