AZ

SEPAH region ölkələrinə sərt xəbərdarlıq edib: Səbrimiz tükənib...

İranın hərbi qurumu ABŞ və müttəfiqlərinin enerji infrastrukturunu hədəf ala biləcəyini bildirib...

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) region ölkələrinə və ABŞ müttəfiqlərinə sərt xəbərdarlıq edib.

Poliqon xəbər verir ki, bu barədə “sepah_pasdaran” kanalı məlumat yayıb.

SEPAH-ın bəyanatında qeyd olunur ki, təşkilat ABŞ və onun müttəfiqlərinin regiondakı enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirmək imkanına malikdir.

“Biz ABŞ və onun müttəfiqlərinin infrastrukturuna elə zərbə endirəcəyik ki, Amerika və onun müttəfiqləri uzun illər regiondan neft və qaz əldə edə bilməyəcək”, – deyə bəyanatda vurğulanıb.

SEPAH əlavə edib ki, indiyədək qonşuluq münasibətlərini nəzərə alaraq müəyyən hədəflərin seçilməsində ehtiyatlı davranılıb. Lakin artıq bu məhdudiyyətlərin aradan qaldırıldığı bildirilir.

“Regiondakı ABŞ tərəfdaşları bilməlidirlər ki, bu günə qədər biz qonşuluq prinsiplərinə görə təmkin göstərmişik və cavab tədbirlərində bəzi məqamları nəzərə almışıq. Lakin indi bu yanaşmalar qüvvədən düşüb”, deyə açıqlamada qeyd olunub.

Analitiklər hesab edirlər ki, bu cür bəyanatlar regionda gərginliyin daha da artdığını və qarşıdurmanın yeni mərhələyə keçə biləcəyini göstərir.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr