AZ

İstanbulda İsrail konsulluğuna SİLAHLI HÜCUM: Ölən və yaralılar var TƏFƏRRÜAT AÇIQLANDI ANBAAN VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda İsrailin Baş Konsulluğuna hücumun bəzi təfərrüatını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, silahlı insidentin iştirakçılarının şəxsiyyətləri müəyyən edilib:

"Onlar İzmitdən İstanbula icarəyə götürülmüş nəqliyyat vasitəsi ilə gəliblər. Həmin şəxslərdən birinin dindən sui-istifadə edən bir terror təşkilatı ilə əlaqəsi olub. Terrorçulardan ikisi qardaşdır. İştirakçılardan birinin narkotiklə əlaqəli qeydləri var".

14:35

İstanbulda İsrailin Baş Konsulluğuna silahlı hücum nəticəsində iki polis yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə NTV kanalı yerli polisə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, kamuflyaj geyinmiş üç şəxs baş konsulluğa avtomatlardan atəş açıblar.

İstanbul valisi Davut Gül bildirib ki, silahlı insidentin iştirakçılarından biri öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Vali onu da qeyd edib ki, konsulluq binasında son 2.5 ildir ki, diplomatik fəaliyyət dayandırlıb.

Levent bölgəsində yerləşən İsrail Baş Konsulluğu uzun müddətdir bağlı olsa da, polis tərəfindən qorunur.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, İstanbulda silahlı insident baş verən zaman konsulluqda heç kim olmayıb.

13:53

İstanbulda İsrail konsulluğunun binasının qarşısında atışma səsləri eşidilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının çoxsaylı qüvvələri göndərilib.

Xəbərdə bildirilir ki, insident zamanı üç nəfər zərərsizləşdirilib, iki polis əməkdaşı isə yaralanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
oxu.az

1Mənbələr