Səhərlər oyandıqdan sonra bədəniniz hələ də ağrıyırsa, bu, xəstəlikdən qaynaqlana bilər.
Ölkə.Az xəbər verir ki, bu barədə revmatoloq Kamilə Yusifova danışıb:
“Əgər səhərlər 30 dəqiqədən çox oynaq sərtliyi hiss edirsənsə, əllərini sıxmaq çətinləşirsə, hərəkət etdikcə bir az “açılırsansa” bu, artıq bədənin sənə göndərdiyi siqnaldır.
Bu tip ağrılar öz-özünə keçən ağrılar, sadəcə yorğunluq deyil. Uzunmüddətli ağrı, şişkinlik və səhər sərtliyi romatoid artrit əlaməti ola bilər”.
Həkim bildirib ki, erkən yoxlanışa getmək orqanlarını qoruduğu kimi, gecikmə isə zədələnmə riskini artırır.
Billurə