Bakı. Trend:
Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarlarınbaşlandığı ilə bağlı iddialar yayılıb.
Agentliyin ixtisara düşən bəzi əməkdaşları Trend-ə iddia edilər ki, sonay ərzində artıq 30-dan çox əməkdaş işdən çıxarılıb.
Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi MaliyyəNazirliyindən daxil olan məktub göstərilib.
Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisarprosesinin aparıldığı qeyd olunur. İddialara əsasən, əsasənmemarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindənazad edilirlər.
Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri iləişdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsiilə nəticələnir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyindənbildirilib ki, qurumda kütləvi ixtisarlar baş vermir.
“Dövlət Turizm Agentliyində kütləvi ixtisar yoxdur”, – deyəməlumatda qeyd olunur.