AZ

Tatlısəs xəstəxanalıq oldu: Pərəstişkarları axın etdi

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İstanbul şəhərindəki evində qəfil özünü pis hiss edib. Bundan sonra o, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. 

Bildirilir ki, müğənninin ağır virus infeksiyasına yoluxduğu ehtimal olunur.

Hazırda İbrahim Tatlısesin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilməsə də, onun bir müddət həkim nəzarəti altında saxlanılacağı qeyd olunur.

Eyni zamanda, sənətçinin vəziyyətinin nəzarət altında olduğu bildirilir.

Xəbərin yayılmasından sonra onun yaxınlarının xəstəxanaya axın etdiyi qeyd olunur.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr