AZ

Rəsmi Pekin Yaxın Şərqdəki gərginlikdən narahatdır

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

“Gərginliyin artması heç bir tərəfin maraqlarına uyğun deyil”

“Yaxın Şərqdə daha da gərginləşmə heç bir tərəfin maraqlarına uyğun deyil”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Ninq deyib.

Brifinq zamanı diplomat ABŞ Prezidentinin İrana ultimatumunu şərh edib. Mao Ninq qeyd edib ki, "Çin bundan dərin narahatlıq keçirir. Münaqişənin uzanması və gərginliyin artması heç bir tərəfin maraqlarına uyğun deyil".

Onun sözlərinə görə, bütün tərəflər "vəziyyətin həllində konstruktiv rol oynamalıdırlar".

Diplomat qeyd edib ki, ABŞ və İsrailin İrana hücum edərək beynəlxalq hüququ pozması Yaxın Şərqdə gərginliyin əsas səbəbidir.

Mao Ninq bildirib ki, regionda sülh və sabitliyi bərpa etmək üçün ilk prioritet hərbi əməliyyatlara son qoymaq və danışıqlara qayıtmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
ayna.az

1Mənbələr