AZ

Həmin uşaqların valideynini nə gözləyir? Vəkildən açıqlama

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Belə ki, rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər. Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.Məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev bildirib ki, bu zaman məsuliyyət birbaşa nəqliyyat vasitəsinin sahibinin üzərinə düşür:“Avtomobil yüksək risk mənbəyi hesab olunur. Onu idarə etməsən belə, təhlükəsiz vəziyyətdə saxlanmasına görə məsuliyyət daşıyırsan. Maşının enişli ərazidə, açıq və nəzarətsiz qoyulması artıq səhlənkarlıq kimi qiymətləndirilə bilər. Üstəlik, azyaşlı uşaqların avtomobilə sərbəst daxil olub onu hərəkətə gətirməsi valideynin üzərinə düşən nəzarət öhdəliyinin pozulması deməkdir. Bu cür hallarda “mən sükan arxasında deyildim” arqumenti hüquqi məsuliyyətdən azad etmir. Əgər hadisə nəticəsində ölüm baş veribsə, bu artıq cinayət hüququ müstəvisinə keçir. Səhlənkarlıqdan adam ölümünə səbəb olma maddəsi ilə qiymətləndirilə bilər. Burada əsas məsələ odur ki, hadisənin qarşısını almaq mümkün idimi və şəxs lazımi diqqət və ehtiyat tədbirləri görüb-görməyib. Zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin ödənilməsi avtomobil sahibinin üzərinə düşür. Bu, sığorta məsələlərindən asılı olmayaraq tətbiq oluna bilər. Bu cür hadisələr göstərir ki, avtomobili park edərkən sadə görünən təhlükəsizlik qaydalarına əməl edilməməsi çox ağır hüquqi və insan faciələrinə gətirib çıxara bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr