AZ

Dünyanın ən böyük səsyazma şirkətini 63,5 milyarda satın almaq istəyirlər

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerika hedcinq fondu "Pershing Square Capital" dünyanın ən böyük səsyazma şirkəti olan "Universal Music Group" (UMG) media holdinqini satın almağı təklif edib. 

Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, UMG səhmdarları tərəfindən təsdiqlənərsə, sövdələşmənin dəyəri 63,5 milyard dollar (55,8 milyard avro) olacaq.

Fond UMG aktivlərini özünün "Pershing Square Sparc Holdings” bölməsi ilə birləşdirməyi və yeni strukturun Nyu-York birjasında yerləşdirilməsini planlaşdırır. UMG səhmdarlarına hər səhm üçün 5,05 avro və əlavə olaraq yeni strukturun 0,77 səhmi təklif olunur. Təklifin ümumi dəyərinə UMG səhmlərinin 2 aprel bağlanış qiymətinə nisbətən 78%-lik premium da daxildir.

Əgər UMG səhmdarları təklifi qəbul edərsə, razılaşmanın 2026-cı ilin sonuna qədər tamamlanması mümkündür.

"Pershing Square Capital” amerikalı investor Bill Ekmanın yaratdığı fondur və artıq UMG-də paya sahibdir. 2021-ci ildə şirkət UMG səhmlərinin 10%-ni alıb, 2025-ci ildə isə həmin payın 2,7%-i satılıb.

Ekman hesab edir ki, UMG ABŞ birjalarında da listinq olmalıdır ki, Avropada qeydiyyatda olan şirkətin səhmləri daha çox dəyər qazansın. Son 12 ayda Euronext birjasında ticarət olunan UMG səhmləri təxminən 20% dəyər itirib.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
qaynarinfo.az

1Mənbələr