AZ

Bakı ilə Tbilisi arasında əlaqələrin intensivliyi getdikcə artır - Kamaləddin Qafarov

Bakı. Trend:

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindənsəsləndirilən bəyanatlar bir daha təsdiqlədi ki,Azərbaycan-Gürcüstan münasibətləri regionun ən sabit və stratejitərəfdaşlıq modelidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O bildirib ki, Prezident İlham Əliyev vurğuladığı kimi, iki ölkə“hər zaman olduğu kimi, bir yerdədir” və bu birlik yalnız siyasibəyanatlarla deyil, real əməkdaşlıq layihələri ilə dəmöhkəmlənir.

“Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsindəbir-birini dəstəkləməsi artıq uzun illərdir formalaşmış qarşılıqlıetimadın göstəricisidir. Bu münasibətlər yalnız diplomatik protokolsəviyyəsində deyil, həm də prinsipial məsələlərdə – suverenlik,ərazi bütövlüyü və regional sabitlik kimi mövzularda özünü açıqşəkildə büruzə verir. Bu baxımdan iki ölkə arasında əməkdaşlıqCənubi Qafqaz üçün nümunəvi model kimi qiymətləndirilə bilər”.

Millət vəkili bu gün regionda formalaşan yeni geosiyasireallıqların Bakı və Tbilisi arasında əlaqələrin əhəmiyyətini dahada artırdığını vurğulayıb:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqaz artıqkeçmişdə olduğu kimi münaqişələr məkanı deyil, tədricən sülh vəəməkdaşlıq zonasına çevrilir. Bir zamanlar qarşıdurmalar vəqeyri-sabitliklə xarakterizə olunan bu coğrafiyada indi yeniimkanlar yaranır. Bu imkanlardan düzgün istifadə olunması isəregion ölkələrinin məsuliyyətli və uzaqgörən siyasətindən asılıdır.Qlobal miqyasda artan gərginlik fonunda Cənubi Qafqazda sabitliyinqorunması xüsusi əhəmiyyət daşıyır. Dünyanın müxtəlif bölgələrindəmüharibə və toqquşmaların davam etdiyi bir vaxtda Azərbaycan vəGürcüstanın nümayiş etdirdiyi əməkdaşlıq modeli regionaltəhlükəsizliyə mühüm töhfə verir. Bu model yalnız siyasi dialoqlaməhdudlaşmır, həm də iqtisadi və nəqliyyat layihələri ilətamamlanır. Bu kontekstdə Orta Dəhliz xüsusi önəm kəsb edir.Azərbaycan və Gürcüstan ərazisindən keçən bu nəqliyyat marşrutuŞərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Son illərdəOrta Dəhlizin inkişafına yönəlmiş addımlar, infrastrukturungenişləndirilməsi və logistika imkanlarının artırılması regionunqlobal ticarət xəritəsində mövqeyini gücləndirir. Azərbaycanınenerji resursları və Gürcüstanın tranzit imkanları birləşərəkqarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşdırır. Bu əməkdaşlıqnəticəsində həyata keçirilən iri layihələr – neft və qaz kəmərləri,dəmir yolları və liman infrastrukturu – artıq öz effektivliyinisübut edib. Eyni zamanda, yeni təşəbbüslər regionun iqtisadipotensialını daha da artırmağa xidmət edir. Tbilisi görüşü bir dahagöstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız bugünündeyil, gələcəyin də strateji təminatıdır”.

Seçilən
4
15
az.trend.az

10Mənbələr