AZ

® EMTA “Yapı Kredi Bank Azərbaycan” ilə müqavilə imzalayıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Yapı Kredi Bank Azərbaycan” QSC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri Mete Şamil Öztürk imzalayıblar.

Tərəflər fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq nəticəsində fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Fondun vəsaiti hesabına veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.

Mete Şamil Öztürk, öz növbəsində, müasir dünyada enerji səmərəliliyinin əhəmiyyətindən söz açaraq qeyd edib ki, energetika sahəsində bu cür layihələrin həyata keçirilməsi prioritet məsələlərdəndir. Bu baxımdan, o, çıxışında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gələcək inkişafını vurğulayıb.

Qeyd edək ki, Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

Seçilən
11
10
azertag.az

10Mənbələr