AZ

Axios: İsrail ABŞ-ı İran məsələsində güzəştə getməməyə çağırır

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İrana güzəştə getməməyə çağırıb və optimal danışıqlar mövqeyi tutub. Bu, Hörmüz boğazından gəmiçiliyin dərhal bərpa olunmasını və Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uranı tamamilə tərk etməsini nəzərdə tutur. Vətəninfo.az xəbər verir ki, bu barədə Amerikanın Axios portalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, Netanyahu bazar günü Trampa zəng edərək İran ərazisi üzərində vurulan F-15E qırıcı təyyarəsinin iki amerikalı pilotunun uğurla xilas edilməsi münasibətilə təbrik edib. Baş nazir Vaşinqton və Tehran arasında vasitəçilər vasitəsilə davam edən danışıqlardan narahatlığını bildirib və Hörmüz boğazı və İranın nüvə proqramı məsələlərində güzəştlərin qəbuledilməz olduğunu qeyd edib.

Axios-un qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri də Vaşinqtonu Hörmüz boğazı ilə bağlı güzəştə getməməyə çağırıblar. Onlar hesab edirlər ki, Amerika şərtləri ilə hərtərəfli sülh razılaşması olmadan müvəqqəti atəşkəsə nail olmaq mümkün deyil.

Seçilən
30
veteninfo.az

1Mənbələr