İran ABŞ ilə uzunmüddətli sülh danışıqları üçün ilkin şərtlər irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Məlumata görə, İran hərbi əməliyyatların dərhal dayandırılmasını, hücumların təkrarlanmayacağına dair zəmanətlər verilməsini və dəymiş ziyana görə kompensasiyanı tələb edir.
Adı açıqlanmayan rəsmi bildirib ki, Tehran ABŞ ilə müvəqqəti atəşkəsi rədd edir və daimi sülh müqaviləsinin bağlanmasını istəyir.
O əlavə edib ki, belə bir müqavilə İrana Hörmüz boğazından keçən gəmilər üçün tranzit haqqı tətbiq etməyə imkan verməlidir.
Aminə ŞAHSUVARQIZI