AZ

Maştağada üç avtomobil toqquşdu, yük maşını aşdı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sabunçu rayonu, Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 5-də səhər saatlarında qeydə alınıb. Belə ki, çörək daşıyan 10-VU-358 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını, 90-UY-429 dövlət nömrə nişanlı “Toyota Prius” markalı və “VAZ” markalı avtomobillərlə toqquşub.

Şahidlərin sözlərinə əsasən, hadisəyə səbəb nəqliyyat vasitələrindən birinin yüksək sürətlə hərəkət etməsi olub. Güclü zərbə nəticəsində yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
avtosfer.az

1Mənbələr